+994 50 894 09 09 Babək prospekti 29/A
Haqqımızda

Şirkət

H.Schröer-Dreesmann e.K. firmasının müstəqil bölməsi kimi bizim şirkətimizin əsası 1985-ci ildə qoyulmuşdur və o zamandan bəri o sabit şəkildə inkişaf edir. Aparıcı maye yanacaq və duru yanacaq istehsalçılarından birinin dəstəyi sayəsində, bizim, istənilən tapşırıqları yerinə yetirmək üçün, yaxşı maddi-texniki bazamız var. Bizim Ankum şəhərindəki meydançamızdan 40-dan çox ölkədən olan sifarişçilərə mal tədarük edilir. Məhsuldarlıq, etibarlılıq, məsuliyyət – bizim məhsullarımız Sizin müştərilərə müvəffəqiyyət qazandıracaq!

Biz xidmətlərin tam spektrini təqdim edirik! Böyük anbar sahələri və ən müasir qablaşdırma avadanlıqları sayəsində biz tez və operativ şəkildə sizin istəklərinizi və ehtiyaclarınızı qarşılaya bilərik! Dərhal göndərilmə imkanı, qısa zamanda cavabın verilməsi və lazımi anda operativ yardım – gündəlik işimizdə bütün müştərilərimizə zəmanət verdiyimiz üstünlüklərdir! Biz Sizin ehtiyaclarınıza heç bir “əmma”sız və “əgər”siz cavab veririk! Qarşılıqlı etibar üzərində qurulmuş tərəfdaş münasibətləri – bizim şirkət fəlsəfəmizin şüarıdır. Bizim üçün sifarişçilərimizin razılığı həmişə birinci yerdə durur!


#

İstehsal

Biz müntəzəm olaraq şirkətimizin genişləndirilməsinə və modernizasiyasına, o cümlədən qablaşdırma avadanlığına investisiya edirik. Bizim ən müasir qurğularımız istehsal prosesininin etibarlılığını və, nəticə etibarilə, tədarük müddətinin minimuma endirilməsini təmin edirlər. Biz həmçinin anbar sahələrinə də böyük investisiyalar yatırırıq. Belə ki, bügünkü gündə bizim 6,1 mln. litrl qablaşdırılmamış məhsul üçün sahələrimiz və, məhsulu dayaqlar üzərində saxlamaq üçün, ən müasir döşəməüstü konveyer texnologiyası ilə təchiz olunmuş 35 000 m2-ə yaxın anbarımız var.

Belə anbar imkanlarını Siz hər bir tədarükçüdə tapa bilməzsiniz. Biz gündə həcmi 500 ml-1000 litr arasında olan 70 000-dən 100 000-dək məhsul qablaşdırırıq. Etiketlənmə, bağlanma, rəngli bəzədilmə və ya karton qablaşdırma ilə bağlı istənilən məsələlərdə: biz Sizin bütün istəklərinizi və təkliflərinizi reallaşdırmağa hazırıq!


Sertifikatımız:

“As motors” şirkəti “Alpine” ticarət nişanının Azərbaycan Respublikası ərazisində rəsmi distribyutorudur. Qeyd etmək lazımdır ki, TM Alpine məhsulları yalnız Almaniyada və yalnız Ankum şəhərində istehsal olunur və qablaşdırılır, bu isə “Alpine” brendinin daha bir üstünlüyüdür. “MITAN MINERALOIL GmbH” zavodunun məhsulları artıq 30 ildən çoxdur ki, dünya bazarında tanınır.

+994 50 894 09 09
Babək prospekti 29/A
All rights reserved. 2020