Alpine C 12 radiator üçün etilen qlikol əsasında hazırlanmış korroziya inhiibitoru və antifriz maddəsidir. Onun tərkibində nitritlər, aminlər və fosfatlar kimi potensial təhlükə daşıyan maddələr yoxdur. Silikatsız karboksil turşusu texnologiyası əsasında olan olduqca sabit inhibitorların optimallaşdırılmış kombinasiyası sayəsində, Alpine C 12 korroziyaya və kavitasiyaya qarşı əla qorunmanı və soyuducu mayenin dəyişdirilmə intervalının uzadılmasını təklif edir. Digər əlavələr çöküntülərin əmələ gəlməsinin və soyuducu mayenin köpüklənməsinin qarşısını alırlar. Alpine C12 mühərrikin bütün istismar müddəti ərzində şaxtaya və korroziyaya qarşı ilboyu müdafiəsini təmin edir. Bu məhsul soyuducu maye şlanqları və ya silindr başlığının kipkəcləri üçün zərərsizdir.
Art # | Konteyner | Unit/Carton | Su/Units/Pallet/GHV | Vahidin hesablanması |
0101181 | 1 ltr. | 20 | 720 | canister |
0101182 | 5 ltr. | 4 | 144 | canister |
0101183 | 20 ltr. | X | 36 | canister |
0101184 | 60 ltr. | X | 6 | barrel |
0101185 | 208 ltr. | 20 | 2 | barrel |
İstifadə qaydaları:
Alpine C12 – lazımi miqdarda su ilə qarışdırılaraq – heç bir məhdudiyyət qoyulmadan daxiliyanma mühərriklərində istiliyi daşıyan maye kimi istifadə oluna blər. Məhsul çuqun, alüminium və bu metalların birləşmələrindən düzəldilən mühərriklər və alüminium və ya mis ərintilərindən hazırlanmış soyutma sistemləri üçün uyğundur. Alpine C12 xüsusi olaraq alüminumun yüksək temperatur təsirlərdən qorunmasını tələb edən yüngül ərintili mühərriklər üçün tövsiyə olunur.
Bütün mövsümlərdə 50%-lıq (həcm/həcm) konsentrasiyanı saxlamaq tövsiyə olunur.
Alpine C12 etilen qlikol əsaslı əksər soyuducu mayelərlə qarışdırıla bilər.
Diqqət: İstehsalçının təlimatlarına riayət edin!
Təsdiq edilməsi:
MB icazəsi 325.3
MAN 324 SNF
VW TL 774 D