+994 50 894 09 09 Babək prospekti 29/A
ALPINE C48

Alpine C 48 radiator üçün etilen qlikol əsasında hazırlanmış korroziya inhiibitoru və antifriz maddəsidir. Onun tərkibində nitritlər, aminlər və fosfatlar kimi potensial təhlükə daşıyan maddələr yoxdur. Karboksil turşusu texnologiyası, eləcə də silikatlar və boratlar (hybrid soyuducu maye) əsasında hazırlanmış inhibitorların optimal kombinasiyası sayəsində, Alpine C 48, soyuducu mayenin bütün istismar müddəti ərzində, korroziyaya qarşı uzunmüddətli effektiv qorunmanı təmin edir. Digər əlavələr çöküntülərin əmələ gəlməsinin, soyuducu mayenin köpüklənməsinin qarşısını alır və kavitasiyaya qarşı etibarlı müdafiəni təmin edirlər.

Qaynama temperaturu yüksək olduğu üçün, Alpine C 48 əlavə servis tələb etmir və  şaxtadan və həddən artıq qızdırmadan ilboyu qorunmanı təmin edir. Bu məhsul soyuducu maye şlanqları və ya silindr başlığının kipkəcləri üçün zərərsizdir.


Art # Konteyner Unit/Carton Su/Units/Pallet/GHV Vahidin hesablanması
0101711 1 ltr. 20 720 canister
0101712 5 ltr. 4 144 canister
0101713 20 ltr. X 36 canister
0101714 60 ltr. X 6 barrel
0101715 208 ltr. 20 2 barrel

İstifadə qaydaları:


Alpine C 48  – lazımi miqdarda su ilə qarışdırılaraq – heç bir məhdudiyyət qoyulmadan daxiliyanma mühərriklərində istiliyi daşıyan maye kimi istifadə oluna blər. Bu məhsul çuqun, alüminium və bu metalların birləşmələrindən düzəldilən mühərriklər və alüminium və ya mis ərintilərindən hazırlanmış soyutma sistemləri üçün uyğundur.

Bütün mövsümlərdə 50%-lıq (həcm/həcm) konsentrasiyanı saxlamaq tövsiyə olunur.
Diqqət: İstehsalçının təlimatlarına riayət edin!


Təsdiq edilməsi:

  • MB icazəsi 325.0

  • MAN 324 Typ NF

Tövsiyələr

  • VW TL 774 C

  • Opel GM B 040 0240

  • MTU MTL 5048

  • Deutz DQC CA-14

  • BMW N 600 69.0

+994 50 894 09 09
Babək prospekti 29/A
All rights reserved. 2020